Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Xurşidbanu Natəvanın  190 illik yubileyinə həsr olunmuş dəyirmi masa keçirilib

08.08.2022

08.08.2022-ci il tarixdə Gəncə Regional Mədəniyyət İdarəsi Samux rayon Mədəniyyət Mərkəzində Azərbaycanın klassik şairəsi Xurşidbanu Natəvanın  190 illik yubileyinə həsr olunmuş dəyirmi masa keçirildi. Tədbirdə Samux rayon Mədəniyyət Mərkəzi işçiləri və filial müdirləri iştirak etdilər. Tədbir zamanı  Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin Xurşidbanu Natəvanın 190 illiyinin qeyd edilməsi ilə bağlı imzaladığı sərəncam haqqında məlumat verilərək qeyd edildi ki, 2022-ci ildə Azərbaycan bədii fikrinin görkəmli siması Xurşidbanu Natəvanın  anadan olmasının 190 ili tamam olur. Qarabağ xanlığının sonuncu varisi Xurşidbanu Natəvan yaradıcılığının mənbəyini təbiət gözəlliklərindən almış, xeyriyyəçilik fəaliyyəti xalqa məhəbbət nümunəsinə çevrilmişdir. Yaşadığı Şuşa şəhərinin abadlığı və mədəni həyatının canlılığı  üçün böyük zəhmət sərf etmiş fədakarlıq və mərhəmət mücəssəməsi kimi sevilmişdir. Xurşidbanu Natəvan Azərbaycan ədəbiyyatı tarixində diqqətəlayiq yer tutan söz ustalarındandır. 44 günlük Vətən müharibəsində Şuşa şəhəri şanlı Azərbaycan Ordusu tərəfindən azad olunduqdan sonra  Xurşidbanu Natəvanın büstü əzəli məkanına qaytarılmışdır. Bu gün Natəvanın Şuşada yenidən ucalan və möhtəşəm Zəfərimizin təntənəsini nümayiş etdirən büstü,eyni zamanda, xalqımızın milli mədəni irsə qayğısının rəmzi və mənəvi dəyərlərə ehtiramının təzahürüdür.

 

128.6 KB

 

85.2 KB